Xaçmazda maşın maneəyə çırpılıb, ölən və yaralananlar var - YENİLƏNİB

Hadisə
  • 21 noyabr, 2018
  • 17:54
Xaçmazda maşın maneəyə çırpılıb, ölən və yaralananlar var - YENİLƏNİB

Xaçmaz. 21 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan Köhnə Xudat kənd sakini Ehtimal Bəxtiyar oğlu Əzizov ölüb, digər 2 nəfər - Xudat qəsəbə sakinləri - Firuz Pirməmməd oğlu Sultanov və Kamran Bəhram oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 



*** 20:18

Xaçmaz. 21 noyabr. REPORT.AZ/ Xudat-Xaçmaz yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hərəkətdə olan avtomobil qəflətən idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb. 

Qəza nəticəsində ölən və yarlananların olduğu bildirilir. Hadisə yerinə "təcili yardım" avtomobili və həkim briqadası cəlb olunub. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralılar müvafiq şöbələrə yerləşdirilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bundan əvvəl Şəkidə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.