​Vergilər Nazirliyinin departamenti məhkəməyə verilib

Hadisə
  • 27 oktyabr, 2015
  • 14:43
​Vergilər Nazirliyinin departamenti məhkəməyə verilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.

“Report”un xəbərinə görə, birlik borcun ümidsiz borc kimi silinməsi barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin edib.

Qərarla razılaşmayan VN-in departamenti apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.