Ucarda yol qəzası nəticəsində 3 nəfər maşında yanıb
Hadisə
- 06 dekabr, 2014
- 03:08
Bakı. 6 dekabr. REPORT.AZ/ Ucarda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, rayonun Əlikənd kəndində "BMW" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb və yanıb.
FHN-in müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.
Yanğının kəşfiyyatı zamanı avtomobildə sürücünün və şəxsiyyətləri məlum olmayan 2 nəfər (kişi) sərnişinin yanmış meyitləri aşkar olunub. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış 3 nəfərin meyitini xüsusi kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarıb və adiyyatı üzrə təhvil veriblər.
Son xəbərlər
15:33
"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb
Energetika15:32
"Karvan-Yevlax" Mirəli Əhmədovu transfer edib - YENİLƏNİB
Futbol15:29
"Xilasedici" voleybol komandası heyətini Daniel Çexlə gücləndirib
Komanda15:26
Naxçıvanda vergi daxilolmaları 4 %-ə yaxın artıb
Maliyyə15:25
Britaniyaya La-Manş boğazından bir qayıqla 230 miqrantın keçməsi yeni rekord olub
Digər ölkələr15:22
Azərbaycanın dövlət büdcəsinin profisiti 3 milyard manatı keçib
Maliyyə15:22
Video
Ceki Çanın canlandırdığı filmin Bakıdakı çəkilişlərindən videokadrlar yayımlanıb
Mədəniyyət siyasəti15:21
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
Maliyyə15:18