Türkiyə və Azərbaycan vətəndaşları “İnci group of company”yə qarşı dələduzluq ediblər

Hadisə
  • 27 sentyabr, 2018
  • 07:21
Türkiyə və Azərbaycan vətəndaşları “İnci group of company”yə qarşı dələduzluq ediblər

Bakı. 27 sentyabr. REPORT.AZ/ “İnci group of company” şirkətinə qarşı dələduzluq edilib.

“Report”un xəbərinə görə, “İnci group of company”nin rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edərək şirkətə məxsus mağazadan Türkiyə vətəndaşı Rehim Azerin 40 min manatlıq, Azərbaycan vətəndaşları Novruz Şurayevin 18 min manatlıq və Nizami Məmmədovun 2 min manatlıq məktəb və ofis ləvazimatları aldıqlarını və pulunu ödəmədiklərini bildirib.

Faktla bağlı araşdırma aparılır.