Tovuzda yük və minik avtomobilləri toqquşub - FOTO
Hadisə
- 21 oktyabr, 2018
- 23:23
Tovuz. 22 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Aşağı Öysüzlü kəndində yük maşını "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub.
Daha sonra idarəetmədən çıxan yük maşını yol kənarındakı arxa düşüb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Aşağı Öysüzlü kənd sakini, 1987-ci il təvəllüdlü Hikmət Vaqif oğlu Hüseynov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun idarə etdiyi avtomobil isə yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Zaqatalada minik avtomobili aşıb.
Son xəbərlər
00:58
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
Futbol00:38
İranın Cask limanında iki neft tankeri hücuma məruz qalıb – YENİLƏNİB
Region00:07
SEPAH: Küveyt və Bəhreyn limanlarındakı bütün neft tankerləri hədəf alınacaq
Region23:58
Abdullah Zubir Səudiyyə Ərəbistanı klubunda çıxış edə bilməyəcək
Futbol23:52
Muxtar Babayev: İqlim dəyişikliyi fermerlərin istehsal şəraitinə təsir edir
İnfrastruktur23:36
"Tasnim": ABŞ Xarq adası yaxınlığında İranın neft tankerinə raket hücumu edib
Region23:22
Vuçiç: Serbiyada növbədənkənar seçkilər oktyabrın 25-də keçiriləcək
Digər ölkələr22:55
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
Region22:44