Abdullah Zubir Səudiyyə Ərəbistanı klubunda çıxış edə bilməyəcək
Futbol
- 08 sentyabr, 2026
- 23:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"la yollarını ayıran fransalı futbolçu Abdullah Zubir Səudiyyə Ərəbistanının "Əl-Oruba" klubunda çıxış edə bilməyəcək.
"Report" "L"Equipe" nəşrinə istinadla xəbər verir ki, "Əl-Oruba" 34 yaşlı futbolçunun müqaviləsini Səudiyyə Ərəbistanı Liqası üçün qeydiyyatdan keçirə bilməyib.
Buna klubun maliyyə təminatının Liqanın tələblərinə cavab verməməsi səbəb olub.
Qeyd edək ki, Zubir "Qarabağ"ın heyətində 8 il çıxış edib. O, Ağdam klubunun heyətində 379 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi ötən mövsüm "Qarabağ"ın heyətində UEFA Çempionlar Liqasında da iştirak edib.
Beləliklə, Zubir hazırda azad agent statusundadır və karyerasını başqa klubda davam etdirə bilər.
Son xəbərlər
20:50
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
Digər ölkələr20:47
FIBA Avropa Kuboku: "LANDAU Lions" ilk matçında İsveçrə klubuna uduzub
Komanda20:41
Ömər Rəcəbli dünya çempionatında qazandığı medalı atasına həsr edib
Fərdi20:35
Suriya İraq neftinin daşınması üçün Hörmüz boğazına alternativ təklif edir
Digər ölkələr20:26
Lerikdə iki qəzada üç nəfər ağır xəsarət alıb
Hadisə20:22
Nunyes: Fransada etirazlar başlayandan bəri 6 mindən çox şəxs saxlanılıb
Digər ölkələr20:09
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
Digər ölkələr19:59
Zelim Tçkayev: "Finaldakı rəqibim güclü idi"
Fərdi19:59
Foto