Tovuzda özünü qatarın altına ataraq intihar edən qadının kimliyi məlum olub - YENİLƏNİB

Hadisə
  • 25 iyun, 2017
  • 18:56
Tovuzda özünü qatarın altına ataraq intihar edən qadının kimliyi məlum olub - YENİLƏNİB

Tovuz. 25 iyun. REPORT.AZ / Tovuz rayonunun Qovlar şəhərinin ərazisindən keçən dəmir yolununda özünü hərəkətdə olan qatarın altına ataraq intihar edən qadının kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu, Qovlar şəhər sakini 1977-ci il təvəllüdlü, Tağıyeva Səlfinaz Qəhraman qızıdır. 

Onun hansı səbəbdən intihar etməsi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.


***14:03

Tovuz. 25 iyun. REPORT.AZ/ Tovuz rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Qovlar kəndində adı hələ ki, məlum olmayan 35-40 yaşlı qadın özünü qatarın altına ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.