Tovuzda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb
Hadisə
- 15 yanvar, 2017
- 16:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuz. 15 yanvar. REPORT.AZ/ Tovuz rayonunda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Mirzə Ələkbər Sabir küçəsində baş verib.
Naməlum avtomaşın 1993-cü il təvəllüdlü Namazov Röyal Vilayət oğlunu vuraraq hadisə yerindən qaçıb. Müxtəlif bədən xəsarətləri alan piyadanı yoldan keçən başqa şəxslər görərək Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.
Son xəbərlər
12:55
Sabah Bakıda hava yağmursuz olacaq
Ekologiya12:53
Bosniyalı nazir: İtkin düşmüş şəxslər məsələsi siyasi maraqlardan üstün tutulmalıdır
Daxili siyasət12:50
Mariam Kvrivişvili Gürcüstan Baş nazirinin müavini təyin olunub
Region12:48
Azərbaycan jurnalistlərinin qurultayının vaxtı dəyişdirilib
Media12:45
Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib
Din12:45
Kristian Riviye: Münaqişələrdə itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi asan proses deyil
Xarici siyasət12:42
Yəmən səfiri: Azərbaycan və Türkiyə ölkəmiz üçün mühüm və etibarlı tərəfdaşdır
Xarici siyasət12:42
Aİ ölkələri Rusiyanın müdafiə sektorunu əhatə edən 22-ci sanksiyalar paketini razılaşdırıblar
Digər ölkələr12:41