Tovuz rayonunda naməlum sürücü çobanı vuraraq qaçıb

Hadisə
  • 16 iyul, 2017
  • 14:08
Tovuz rayonunda naməlum sürücü çobanı vuraraq qaçıb

Tovuz. 16 iyul. REPORT.AZ/ Tovuz rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"-un qərb bürosu xəbər verir ki, Dönük Qırıqlı Kənd sakini olan 1990-cı il təvəllüdlü Musayev Nihad Əhməd oğlu qoyunları yoldan keçirərkən onu maşın vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.

Musayev Nihad Əhməd oğlu xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.