Tərtərdə sürücü maşını aşırıb, sərnişin ölüb
Hadisə
- 09 iyul, 2024
- 05:17
Tərtərdə sürücü idarəetməni itirərək maşını aşırıb.
"Report" xəbər verir ki, hadisə iyulun 7-si axşam saatlarında Ağdam-Bərdə avtomagistral yolunun Tərtər rayonu, Təzəkənd kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Hüseynov Elvin İlham oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, yoldan çıxaraq avtomobili aşırıb. Nəticədə sürücü və sərnişin-Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Aslanov Rövşən Səhrab oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sərnişin - Rövşən Aslanov aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Son xəbərlər
03:53
"The Time": Körfəz ölkələri artıq ABŞ-nin "təhlükəsizlik çətiri"ni etibarlı saymır
Digər ölkələr03:21
CENTCOM: Hörmüz boğazında "Alqaya" tankerinə hücum edilib
Digər ölkələr02:46
"Anthropic", "OpenAI" və "Google" süni intellekt üzrə təşkilatın yaradılmasını müzakirə edirlər
Digər ölkələr02:09
Filippe Koutinyo "Santos" komandasına qoşulub
Futbol01:38
Metsola: Avropa Parlamenti Kanadada nümayəndəlik açacaq
Digər ölkələr01:13
Aleksandar Vuçiç vəzifəsindən istefa verəcəyi dəqiq tarixi açıqlayıb
Digər ölkələr00:42
Komorun Sərhəd Xidməti 116 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb
Digər ölkələr00:14
Ermənistanın Qarabağ reaksiyası sülh prosesində etimad problemini aktuallaşdırıb - ŞƏRH
Analitika00:00