Terrorçuluğa çağırış edən şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 nəfər həbs edilib

Hadisə
  • 13 iyul, 2018
  • 09:36
Terrorçuluğa çağırış edən şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 nəfər həbs edilib

Bakı. 13 iyul. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 şəxs həbs edilib.

Hüquq mühafizə orqanlarından "Report"a verilən məlumata görə, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa veriliblər.

Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barədə inzibati həbs tədbiri seçilib.