Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
- 18 sentyabr, 2023
- 08:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvanda tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə "Report"a Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğundan məlumat verilib.
Belə ki, Naxçıvan MR Şərur rayonunun Püsyan kənd sakini 1992-ci il təvəllüdlü Xəlil Şıxəliyevin cari il mayın 31-də öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İbtidai istintaqla 1985-ci il təvəllüdlü Gündüz Nəcəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirməklə tanışı Xəlil Şıxəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Gündüz Nəcəfov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.