Tovuzda musiqi məktəbində dərs vaxtı yanğın olub
Hadisə
- 10 dekabr, 2018
- 11:33
Tovuz. 10 dekabr. REPORT.AZ/ Tovuz rayonunda yanğın hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşıq Əsəd Rzayev adına musiqi məktəbində qeydə alınıb.
Dərs zamanı “Xor Dərnəyi” sinfində elektrik naqillərində yaranan qısaqapanma yanğına səbəb olub. Əraziyə iki yanğınsöndürən maşın cəlb edilib. Yanğın söndürülüb.
Yanğın zamanı müəllimlərin üst geyimləri də yanıb. Şagirdlər və müəllim kollektiv təxliyyə olunub.
Hadisə zamanı həyəcan keçirən məktəbin müəllimi 41 yaşlı Sevda Qafarovaya təcili tibbi yardım briqadası tərəfindən tibbi yardım göstərilib.
Qeyd edək ki, yanğın baş verən bina Səhiyyə Nazirliyinin balansındadır. Musiqi kollektivi isə bu binada müvəqqəti yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:17
Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib
Xarici siyasət16:57
"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib
Futbol16:55
Azərbaycanda ekologiya sahəsində qəbul edilmiş dövlət standartı yenilənib
Biznes16:54
Foto
Azərbaycanın "SportAccord" ilə əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunub
İdman16:50
Foto
Azərbaycan və Türkmənistan viza rejiminin sadələşdirilməsini müzakirə edib
Xarici siyasət16:48
AXA: Bəzi təsərrüfat sahiblərinin yeni informasiyalara çıxışı yoxdur
ASK16:47
Azərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes16:38
Timur Pistryuqa: Minatəmizləmə ərazilərin bərpasının təməlidir
Xarici siyasət16:34