​Suriyanın şimalında azərbaycanlı öldürülüb

Hadisə
  • 12 fevral, 2016
  • 14:38
​Suriyanın şimalında azərbaycanlı öldürülüb

Bakı. 12 fevral. REPORT.AZ/ Suriyanın şimalında Gürcüstan vətəndaşı olan azərbaycanlı öldürülüb.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, Beslan Muxtarov Rusiya aviasiyasının hava hücumu nəticəsində həlak olub.

İxtisasca həkim olan B.Muxtarov 2011-ci ildən radikal qruplaşmalarda iştirakda şübhəli bilinərək axtarışda olub. Məlumata görə, o, "Cəbhət ən-Nüsra"nın tərəfində vuruşub.