"Qəbələ"ni "Kəpəz"lə səfər matçına da Amil Ağacanov çıxaracaq

Futbol
  • 08 sentyabr, 2026
  • 16:34
Qəbələni Kəpəzlə səfər matçına da Amil Ağacanov çıxaracaq

Misli Premyer Liqasının V turunda "Qəbələ" komandası "Kəpəz"lə səfər matçına da qapıçı məşqçisi Amil Ağacanovun rəhbərliyi altında çıxacaq.

Bu barədə "Report"a klubun idman direktoru Səbuhi Səfiyarlı məlumat verib.

O, sabiq baş məşqçi Kaxaber Sxadadzenin istefasından sonra hələ də axtarışları davam etdirdiklərini söyləyib.

Xatırladaq ki, çempionatın IV turunda "İmişli" ilə görüşdə (2:1) də komandaya A.Ağacanov rəhbərlik edib. "Kəpəz" - "Qəbələ" matçı sentyabrın 12-də, saat 17:30-da Gəncə stadionunda start götürəcək.