Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

Hadisə
  • 16 iyun, 2015
  • 08:04
Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

Bakı. 16 iyun. REPORT.AZ/ Bakının Suraxanı rayonu ərazisində dənizdə batmaq təhlükəsi ilə üzləşən bir nəfər xilas olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həmin şəxs sahildəki ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 600 m məsafədə, nəzarət olunmayan ərazidə batmaq təhlükəsi ilə üzləşib. FHN-in dalğıc-xilasediciləri onu xilas edib. 

Əməliyyat saat 12:00-da başa çatıb.

44 - Tezliklə