Suqızdırıcı çən partlayıb, yaralanan var - VİDEO
Hadisə
- 30 noyabr, 2015
- 11:06
Bakı. 30 noyabr. REPORT.AZ/ Siyəzən şəhərində partlayış hadisəsi baş verib. "Report"un xəbərinə görə, hadisə şəhərin 20 Yanvar küçəsi,16 ünvanında yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Mənzilin hamamında qazla işləyən suqızdırıcı çənin partlaması nəticəsində 37 yaşlı Eldəniz Gülbala oğlu Muxtarov ağır yanıq xəsarətləri alıb.
E.Muxtarov dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyəti ağır olan yaralıya bədənin 60-65 faizinin ikinci-üçüncü dərəcəli termik yanığı diaqnozu qoyulub.
O, ilkin tibbi yardımdan sonra paytaxtda yerləşən müvafiq tibb müəssisəsinə göndərilib.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb.
Suqızdırıcı çən partlayıb, yaralanan var - VİDEO
Son xəbərlər
07:15
Foto
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:43
Ağdama qayıdan keçmiş məcburi köçkün: Sevincimin həddi-hüdudu yoxdur
Daxili siyasət06:37
Ağdam sakini: Ağlaya-ağlaya çıxdığımız yurdumuza sevinc gözyaşı ilə qayıdırıq
Daxili siyasət05:57
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974-ə çatıb
Digər ölkələr05:20
ABŞ-də keçmiş dəstə lideri Tupakın qətlində təqsirkar bilinib
Digər ölkələr04:58
Bessent Ukraynadakı müharibə bitənə qədər ABŞ-Rusiya razılaşmasını istisna edib
Digər ölkələr04:15
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib
Digər ölkələr03:55
ABŞ Konqresi İraqa helikopterlərin satışı ilə bağlı razılaşmanı nəzərdən keçirəcək
Digər ölkələr03:24