Bessent Ukraynadakı müharibə bitənə qədər ABŞ-Rusiya razılaşmasını istisna edib

Digər ölkələr
  • 01 sentyabr, 2026
  • 04:58
Bessent Ukraynadakı müharibə bitənə qədər ABŞ-Rusiya razılaşmasını istisna edib

ABŞ maliyyə naziri Skott Bessent Şimali Karolina ştatının Eşvil şəhərində Rusiyanın maliyyə naziri Anton Siluanovla görüşündə bildirib ki, Ukraynada müharibə başa çatana qədər Moskva və Vaşinqton arasında razılaşmalar qeyri-mümkündür.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən yazıb.

Onun məlumatına görə, Bessent Siluanova bildirib ki, müharibə başa çatana qədər Rusiya üçün hər hanı iqtisadi güzəşt və ya digər məsələlər üzrə razılaşma qeyri-mümkündür.

Görüş avqustun 31-i və sentyabrın 1-də Eşvildə keçirilən "G20" ölkələrinin maliyyə qurumları rəhbərlərinin və mərkəzi bank sədrlərinin iclası çərçivəsində baş tutub.

"CNBC" telekanalı ABŞ Maliyyə Nazirliyinin nümayəndəsinə istinadən məlumat verib ki, Siluanov və Bessentin görüşündə "ABŞ Prezidenti Donald Trampın sülh planı" müzakirə olunub.

44 - Tezliklə