Sumqayıtda yük maşınının vurduğu piyada ölüb

Hadisə
  • 30 sentyabr, 2026
  • 09:01
Sumqayıtda yük maşınının vurduğu piyada ölüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Ceyhun Niftəliyevin sükanı arxasında olduğu "Mercedes Atego" markalı yük avtomobili 1973-cü il təvəllüdlü Qəhrəman Həmidovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.