Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında yanğın olub

Hadisə
  • 23 oktyabr, 2023
  • 14:51
Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında yanğın olub

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında yanğın olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsinin operativ müdaxiləsi zamanı yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

Hadisənin səbəbləri araşdırılır.