Sumqayıtda su sayğaclarını oğurlayan şəxs həbs edilib
Hadisə
- 06 iyun, 2018
- 08:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində su sayğaclarını oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 9-cu mikrorayon ərazisində, ümumilikdə, 6 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun şəhər sakini Azər Musayev olduğu məlum olub.
O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 30 sutka müddətinə həbs olunub.
Son xəbərlər
08:54
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr