Sumqayıtda kişi özündən 18 yaş kiçik arvadını öldürməkdə şübhəli bilinir - YENİLƏNİB
- 06 mart, 2026
- 12:11
Sumqayıtda 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin öldürülməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə "Report"a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun Mehriban Ağabalazadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Ramazanov iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Sumqayıtda qətl hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.
Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaqla xəsarətlər yetirib.
Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb.
İsmayıl Ramazanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.