Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə
  • 14 noyabr, 2026
  • 14:33
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "BYD" idarəetmədən çıxaraq yolun kənarında park edilmiş "BMW", "Audi" və "Volkswagen" markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.