Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Hadisə
  • 19 sentyabr, 2026
  • 11:25
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, 1963-cü il təvəllüdlü Rüstəmov Loğman Abas oğlu idarə etdiyi "Isuzu HC 45" markalı avtobusla piyada azyaşlı Həsənli Turan İlqar oğlunu ehtiyatsızlıqdan vurub. Azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

Sumqayıtda dörd yaşlı uşağı avtobus vuraraq öldürüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.

Məlumata görə, 2022-ci il təvəllüdlü Turan Həsənlini avtobus vurub. Ağır xəsarətlər alan uşaq hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.