Sumqayıtda yol qəzasında xəsarət alan yeniyetmələrin sayı 6-ya çatıb - YENİLƏNİB
- 26 oktyabr, 2025
- 16:56
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə şəhərin Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 6 nəfər (kişi) hospitalizasiya olunub.
Bu barədə "Report"un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, müxtəlif xəsarətlər alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.
Onlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə sabitdir.
Qeyd edək ki, idarəetmədən çıxan "Mercedes" markalı minik avtomobili divara çırpılıb. Nəticədə 6 yeniyetmə xəsarət alıb.
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq, divara çırpılması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.