Sumqayıtda ahıl kişini piyada keçidində avtomobil vuraraq öldürüb - YENİLƏNİB
- 21 noyabr, 2018
- 07:52
Sumqayıt. 21 noyabr. REPORT.AZ/ Sumqayıt şəhrində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.
"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1955-ci il təvəllüdlü Yaşar Əziz oğlu Əhmədov piyada keçidindən yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. Onun meyiti muayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***9:18
Sumqayıt. 21 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun şəhər ərazisindən keçən hissəsindəqeydə alınıb.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişini yolu keçmək istəyərkən avtomobil vurub. Ağır bədən xəsarətləri alan kişi ətrafdakıların köməkliyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həıyatını xilas etməık mümkün olmayıb. Yaşlı kişi xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.