Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Hadisə
  • 22 iyun, 2026
  • 07:14
Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Sumqayıtda 57yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Baytev Mehman Həsən oğlu yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan M. Baytevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.