Peskov: Tramp-Putin-Si Cinpin görüşündə Rusiya əleyhinə sanksiyalar müzakirə olunmayacaq

Digər ölkələr
  • 17 noyabr, 2026
  • 10:59
Peskov: Tramp-Putin-Si Cinpin görüşündə Rusiya əleyhinə sanksiyalar müzakirə olunmayacaq
Dmitri Peskov

Rusiya əleyhinə sanksiyalar məsələsi böyük ehtimalla ABŞ lideri Donald Trampın, Rusiya Prezidenti Vladimir Putinin və Çin Sədri Si Cinpinin Şençjendəki görüşü zamanı müzakirə olunmayacaq.

"Report" xəbər verir ki, bu barədə yerli media Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatına istinadən məlumat yayıb.

"Sanksiyalar üçtərəfli görüşdə çətin ki, müzakirə olunsun", - o bildirib.

Qeyd edək ki, noyabrın 18-19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü illik sammiti keçiriləcək. Tramp, Putin və Si Cinpinin görüşü noyabrın 19-da sammit çərçivəsində baş tutacaq.