Sumqayıtda 54 yaşlı kişini sərnişin avtobusu vuraraq öldürüb - YENİLƏNİB
- 04 aprel, 2019
- 06:26
Sumqayıt şəhərində sərnişin avtobusunun vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.
“Report”un Sumqayıt-Abşeron müxbiri xəbər verir ki, 1965-ci il təvəllüdlü Tağıyev Faiq Təriş oğlu yolu keçərkən onu 7 nömrəli marşrut avtobusu vurub.
Faktla bağlı araşdırma aparılır.
*** 9:12
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, şəhərdaxili sərnişindaşınmanı həyata keçirən 7 saylı avtobus yolu keçmək istəyən orta yaşlı kişini vurub.
Qəza nəticəsində ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Onun şəxsiyyətini müəyyən etmək mümükün olmayıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.