Sumqayıtda 45 yaşlı kişi qeyri-çimərlik ərazidə batıb

Hadisə
  • 04 iyul, 2024
  • 18:44
Sumqayıtda 45 yaşlı kişi qeyri-çimərlik ərazidə batıb

Sumqayıtda 45 yaşlı kişi dənizdə batıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə çimərlik üçün nəzərdə tutulmayan ərazidə baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Nüsrət Yolçu oğlu Abdullayev dənizdə çimərkən boğulub.

Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.