Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb

Hadisə
  • 22 iyun, 2026
  • 09:51
Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb

Sumqayıtda 18 yaşlı qız tanışını bıçaqlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 18 yaşlı G.Ə aralarında yaranmış münaqişə zəminində 20 yaşlı Q.B-ya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Sumqayıt Tibb Mərkəzindən sorğuya cavab olaraq bildirilib ki, iyunun 21-i saat 13:10 radələrində Təcili Tibbi Yardım Xəstəxanasına 2006-cı il təvəllüdlü kişi hospitalizasiya olunub. Qeyd olunub ki, qarının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən G.Ə-ni saxlayıb.

Faktla bağlı araşdırmalar aparılır.