Sosial şəbəkədə vətəndaşa dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
- 10 avqust, 2024
- 04:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluqda şübhəli bilinən Nicat Abdullayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, həmin şəxs “TikTok” sosial şəbəkəsində tanış olduğu Hacıqabul rayon sakininə özünü bank işçisi kimi təqdim edərək ona onlayn yolla kredit verəcəyini vəd edib. Vətəndaşa 1 600 manat məbləğində kredit təsdiq olunandan sonra isə N.Abdullayev həmin pulu öz kartına yönəldirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
N.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Son xəbərlər
21:26
"Barselona" Xulian Alvareslə danışıqlara görə cərimələnib
Futbol
21:24
Rusiya Britaniyanın müdafiə şirkətlərinin rəhbərlərinə sanksiyalar tətbiq edib
Digər ölkələr
21:20
Putin və Pezeşkian İran ətrafındakı vəziyyəti müzakirə ediblər
Region
21:06
Agentlik "WhatsApp" hesablarının ələ keçirilməsi ilə bağlı istifadəçilərə xəbərdarlıq edib
İKT
21:02
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Region
20:59
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
ASK
20:49
Azərbaycan Kubokunda "Zirə" "Səbail"ə penaltilər seriyasında qalib gəlib
Futbol
20:42
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir
Digər ölkələr
20:42
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək
Hadisə