​Şirvanda intihar məqsədi ilə özünü çaya atan şəxs xilas edilib

Hadisə
  • 21 iyun, 2015
  • 18:30
​Şirvanda intihar məqsədi ilə özünü çaya atan şəxs xilas edilib

Bakı. 21 İyun. REPORT.AZ/ Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 1 nəfər özünü intihar məqsədi ilə çaya atıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, həmin şəxs Əli-Bayramlı sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas edilib.

Əməliyyat saat 21:00-da başa çatıb.

44 - Tezliklə