Şəmkirdə yük avtomobili qəzaya uğrayıb, 5 tona yaxın kartof yola dağılıb

Hadisə
  • 18 yanvar, 2017
  • 15:53
Şəmkirdə yük avtomobili qəzaya uğrayıb, 5 tona yaxın kartof yola dağılıb

Şəmkir. 18 . Yanvar. REPORT.AZ/ Şəmkir rayonunda yük avtomobili qəzaya uğrayıb. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun 386-cı kilometrliyində, Şəmkir rayonunun Seyfəli kəndinin ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Ağcəbədi rayon sakini, 1968-ci il təvəllüdlü Cabir Mövsümovun idarə etdiyi "QAZ-53" markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü ciddi xəsarət almasa da, avtomobilin yük yerində olan 5 tona yaxın kartof yola dağılıb. Avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb. 

Məlumata görə, C Mövsümov kartofu Bakı şəhərinə aparırmış.

Faktla bağlı araşdırma aparılır.

44 filmi