Şəmkirdə yanacaqdoldurma məntəqəsində yanğın olub
Hadisə
- 12 noyabr, 2025
- 19:17
Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində yanğın olub.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində üç ədəd yanacaqla dolu yeraltı çəndən birində yanğın baş verdiyi və yanğının yayılma riskinin yüksək olduğu müəyyən edilib. 55 ton olan yanacaq çənində baş vermiş yanğın genişlənərək digər çənlərə keçməsinə, o cümlədən məntəqənin ərazisinə yayılmasına imkan verilmədən söndürülüb.
Bildirilib ki, yanğın nəticəsində yanacaq çəninə daxil olan rezin borudan sızan yanacaq yanıb. Yanacaqdoldurma məntəqəsi və yanacaqla dolu çənlər yanğından mühafizə olunub.
Şəmkirdə yanacaqdoldurma məntəqəsində yanğın olub
Son xəbərlər
17:36
İmişlidə 16 yaşlı yeniyetmə Araz çayında batıb
Hadisə17:30
Kür çayında yeniyetmə qız batıb
Hadisə17:17
Sabah Bakıda, Abşeron yarımadasında və bir sıra rayonlarda güclü şimal-qərb küləyi əsəcək - XƏBƏRDARLIQ
Ekologiya17:15
Netanyahu: İsrail Qəzza üzrə Sülh Şurasının 15 bəndlik planını rədd edir
Digər ölkələr17:09
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
Futbol17:00
Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib
Digər ölkələr16:47
Husilərin Moxa limanına hücumu zamanı həlak olanlar var - YENİLƏNİB
Digər ölkələr16:47
"Tottenhem" Kristian Romeronu "Arsenal"a satmaqdan imtina edib
Futbol16:33
Foto