Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Hadisə
  • 07 noyabr, 2026
  • 11:48
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub.

"Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, işıqlandırma cihazı olmayan velosipedlə sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan yolda hərəkət edən V.Həbilov zərbənin təsirindən yolun hərəkət hissəsinə düşüb və arxadan gələn "Mercedes" markalı avtomobil onun üzərindən keçib.

Velosipdçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə 62 yaşlı V.Həbilovun velosiped idarə etmək üzrə vərdişləri olmayıb, lakin o, həmin gün ilk dəfə işə çıxdığı müəssisədən evə qayıtmaq üçün velosiped götürüb.

44 filmi