Şəmkirdə ambulansın qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB

Hadisə
  • 07 sentyabr, 2025
  • 21:54
Şəmkirdə ambulansın qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB

Şəmkir rayon ərazisində təcili tibbi yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir rayonunda "Mersedes" markalı avtomobillə ambulansın toqquşması nəticəsində tibb bacısı T. Ağayeva, təcili tibbi yardım avtomobilinin sürücüsü B.Əliyev və minik maşınının sürücüsü İ.Əliyev müxtəlif xəsarətlərlə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, qəza nəticəsində həkimin xəsarət almadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şəmkir rayon ərazisində təcili tibbi yardım maşını qəzaya uğrayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Kür qəsəbəsinə çağırışa gedən ambulans körpü üzərində idarəetmədən çıxaraq digər avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində sürücü, həkim və tibb bacısı xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.