Şəmkirdə at arabasını vuraraq qaçan sürücü saxlanılıb
Hadisə
- 11 avqust, 2016
- 22:15
Şəmkir. 12 avqust. REPORT.AZ/ Ötən gün axşam saatlarında Şəmkirdə at arabasını vuraraq 6 nəfərin yaralanmasına səbəb olan və hadisə yerindən qaçan sürücü saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, saxlanılan şəxs Şəmkir rayon Kür qəsəbə sakini Samir Əliyevdir.
O, at arabasını "Mercedes" markalı avtomobili ilə qəsəbə istiqamətində hərəkətdə olarkən arxadan vurub. Hadisəyə avtomobilin ön işıqlarının yanmaması səbəb olub.
Qəza nəticəsində yaralanan 6 nəfərdən 2-si Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə, 4-ü Travmatologiya şöbəsinə yerləşdirilib. Qəza zamanı at ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
03:52
"Tasnim": Trampın iqtisadi təzyiq planı psixoloji silah kimi istifadə olunur
Region03:21
Oman sahillərində neft tankerinə hücum edilib
Digər ölkələr02:46
Möhsün Rezai: ABŞ-yə etibar etmirik
Region02:09
Tramp ticarət müharibəsi fonunda Kanadaya qarşı ritorikanı gücləndirir
Digər ölkələr01:38
Fransada fırtına zamanı 26 nəfər xəsarət alıb
Digər ölkələr01:17
Kanada yeni buzqıran gəmilərə 8 milyard dollar xərcləyəcək
Digər ölkələr00:55
İran ABŞ-nin sanksiyalarına hazır olduğunu bildirib
Region00:27
Ukrayna ilə Britaniya bəzi süni intellekt alətlərini birgə hazırlayacaq
Digər ölkələr23:57