Kanada yeni buzqıran gəmilərə 8 milyard dollar xərcləyəcək

Digər ölkələr
  • 25 avqust, 2026
  • 01:17
Kanada yeni buzqıran gəmilərə 8 milyard dollar xərcləyəcək

Kanada hökuməti sahil mühafizəsi üçün altı yeni buzqıran gəminin inşası məqsədilə 11,3 milyard dollar (təxminən 8 milyard ABŞ dolları) ayıracaq.

"Report"un "Bloomberg"ə istinadən məlumatına görə, Kanadanın Baş naziri Mark Karni bu barədə Kvebek vilayətinin Levis şəhərində çıxışında bildirib.

O, inşa işlərinin 2027-ci ilin payızında başlayacağını və təxminən beş ilə başa çatacağını bildirib. Layihənin təxminən 5 000 iş yeri yaradacağı gözlənilir.

Karninin sözlərinə görə, gəmilər Kvebek "Chantier Davie" gəmiqayırma şirkəti tərəfindən inşa ediləcək və Sahil Mühafizəsinin köhnəlmiş ağır və orta buzqıran gəmilərini əvəzləyəcək. Baş nazir müqaviləni əyalətin gəmiqayırma sənayesi tarixində ən böyük razılaşma adlandırıb.

Kanada Amerikanın Arktikaya gedən gəmilərini müntəzəm müşayiət edən dünyanın ikinci ən böyük (Rusiyadan sonra -red) buzqıran donanmasına malikdir. Karni əvvəllər vəd edib ki, Kanada digər ölkələrə etibar etmədən geniş Arktika ərazisini qoruya bilər.