​Şəmkir və Füzulidə yaşayış evləri yanıb

Hadisə
  • 03 aprel, 2015
  • 18:01
​Şəmkir və Füzulidə yaşayış evləri yanıb

Bakı. 3 aprel. REPORT.AZ/ Axşam saatlarında Şəmkir və Füzulidə yanğın hadisələri baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Şəmkir şəhərində vətəndaşa məxsus birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları yanıb.

Füzuli rayonunda isə vətəndaşa məxsus birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.