​Səkkiz vətəndaşın mobil telefonunu oğurlayan şəxs tutulub

Hadisə
  • 08 avqust, 2015
  • 10:18
​Səkkiz vətəndaşın mobil telefonunu oğurlayan şəxs tutulub

Bakı. 8 avqust. REPORT.AZ/ Səkkiz vətəndaşın mobil telefonlarını oğurlayan şəxs tutulub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsi və DİN-in Çevik Polis Alayı əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  8 vətəndaşın mobil telefonlarını oğurlayan Bakı şəhər sakini Ramin Rzazadə həbs olunub.

Faktla bağlı araşdırma aparılır.