Şəkidə "KamAZ" aşıb, xəsarət alan var
Hadisə
- 06 avqust, 2020
- 18:09
Şəkidə xəsarətlə nəticələnən yol qəzası olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Salman Mümtaz küçəsində baş verib.
Zaqatala rayon Bəhmətli kənd sakini, 31 yaşlı Orxan Qazıyev idarə etdiyi "KamAZ" markalı yük avtomobilini aşırıb. Nəticədə yük maşınında sərnişin qismində olan Zaqatala rayon Yuxarı Tala kənd sakini Zaur Qaracayev xəsarət alıb. Yaralı Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Qəzaya səbəb kimi yük avtomobilinin əyləc sistemində yaranan nasazlıq göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 2 minə yaxın könüllü cəlb olunacaq
Formula 110:32
Rusiya ordusu Ukrayna ilə Moldova arasında sərhəd-keçid məntəqəsini vurub
Digər ölkələr10:31
Naxçıvanda 7 ayda sahibkarlara 115 təsdiqedici sənəd təqdim edilib
Biznes10:28
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 8 %-ə yaxın artıb
Biznes10:27
Dünya çempionu Ayxan Cavadov: "Bu nailiyyət asanlıqla əldə olunmadı"
Fərdi10:25
"CFİ Financial İnvestisiya Şirkəti"nin vəzifəli şəxsi cərimələnib
Maliyyə10:19
İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır
Elm və təhsil10:05
Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB
Digər ölkələr10:04