Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB-2
- 20 avqust, 2026
- 14:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Kiyevə hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko "Telegram" kanalında bildirib.
"Həkimlərin məlumatına görə, Rusiyanın paytaxta kütləvi hücumu nəticəsində artıq 15 nəfər həlak olub", - o qeyd edib.
Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" şəhər rəhbəri Vitali Kliçkonun bəyanatına istinadən məlumat yayıb.
Həmçinin bildirilir ki, 21 avqust tarixi matəm günü elan ediləcək.
"Hazırda Kiyevdə 12 nəfərin öldüyü məlumdur. 21 avqust paytaxta kütləvi hücumun qurbanlarının xatirəsinə Kiyevdə Matəm Günü elan edilib", - V.Kliçko yazıb.
Rusiya ordusunun Kiyevə hücumu nəticəsində həlak olanların sayı səkkiz nəfərə çatıb.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, 33 nəfər yaralanıb.
"Dəqiqləşdirilmiş məlumatlara görə, paytaxtda 8 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb", – o yazıb.