Şəkidə dörd gün öncə yıxılan kişi xəstəxanada ölüb
Hadisə
- 09 oktyabr, 2018
- 05:42
Şəki. 9 oktyabr. REPORT.AZ/ Şəkidə sərxoş vəziyyətdə yıxılaraq xəsarət alan 68 yaşlı kişi ölüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəki sakini 1950-ci il təvəllüdlü Çingiz Bəlyar oğlu Salamov oktyabrın 5-də yaralı vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı məlum olub ki, yaşlı kişi sərxoş vəziyyətdə insult keçirərək yıxılıb.
İlkin tibbi yardım göstərildikdən sonra, o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Oktyabrın 8-də gecə saatlarında isə vəziyyəti ağırlaşıb və dünyasını dəyişib.
Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə göndərilib.
Qeyd edək ki, 68 yaşlı Ç.Salamov tək yaşayıb və tüfeyli həyat tərzi sürüb.
Son xəbərlər
03:02
"Fox News" İranın İordaniyadakı Amerika hərbçilərinə hücumu barədə məlumat yayıb
Digər ölkələr02:45
Adriatik dənizin İtaliya sahillərində yaxta yanıb
Digər ölkələr02:12
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub
Region01:44
Tramp Kanada şirkətlərinə bizneslərini ABŞ-yə köçürməyi təklif edib
Digər ölkələr01:16
SEPAH sözçüsü: ABŞ-nin PUA hücumu strateji səhvdir
Region00:39
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
Region00:10
SEPAH: ABŞ-nin Larak adasına hücumu cavabsız qalmayacaq
Region23:53
"Tasnim": ABŞ ordusu Larak adasına hücum edib, ölənlər var
Region23:37