Şəkidə avtomobil aşıb, xəsarət alanlar var - VİDEO
Hadisə
- 18 iyun, 2021
- 12:31
Şəki rayonunda yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Qayabaşı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Yevlax şəhər sakini Təbriz Aydın oğlu Yusifovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Maşın aşan zaman sərnişin - Qəbələ rayon sakini, 1973-cü il təvəllüdlü Bayram Aşırəliyev özünü yerə atmaq istəyərkən ağır xəsarət alıb. Avtomobildə olan digər sərnişin də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Oğuz Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb, onların vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Şəkidə avtomobil aşıb, xəsarət alanlar var - VİDEO
Son xəbərlər
22:37
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
Fərdi22:26
KİV: Çak Norris Havayda xəstəxanaya yerləşdirilib
Şou-biznes22:19
Azərbaycanın Macarıstandakı səfirliyi bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək
Xarici siyasət22:18
Valdas Dambrauskas: "Sumqayıt"la oyunun son dəqiqəsində lazımsız qol buraxdıq"
Futbol22:01
Azərbaycanın U-21 yığmasının Portuqaliya və Bolqarıstan matçları üçün heyəti açıqlanıb
Futbol21:55
Tixi: Macarıstan "Drujba" neft kəməri ilə bağlı vəziyyəti siyasiləşdirir
Digər ölkələr21:53
Saşa İliç: "Sabah"ın "Sumqayıt"ı məğlub etməsi ədalətli nəticə oldu"
Futbol21:33
Tramp: Netanyahu İranın enerji obyektlərinə zərbə endirməməyə razılaşıb
Digər ölkələr21:24