Şəkidə 34 yaşlı qadını ilan sancıb
Hadisə
- 10 iyun, 2015
- 18:22
Bakı. 10 İyun. REPORT.AZ/ Bu gün axşam saatlarında Şəkinin Zunud kəndində 34 yaşlı yerli sakini ilan sancıb.
"Report" xəbər verir ki, Həvva Abdulla qızı İsmayılova yaşadığı evin həyətyanı sahəsində gəzərkən qəfildən ayağını ilanın üzərinə basıb və ilan onun sağ ayağının bud nahiyəsindən sancıb.
Zərərçəkən yaxınlarının köməkliyi ilə dərhal Şəkidən Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həvva İsmayılova xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib. Hazırda həkimlər xəstənin vəziyyətini orta-ağır qiymətləndirirlər.
Qeyd edək ki, son günlər Şimal-Qərb bölgəsində ilanvurma halları çoxalıb. Son 20 gün ərzində Qaxda 5 nəfəri ilan sancıb ki, onlardan biri dünyasını dəyişib.
Son xəbərlər
15:11
"Monetri" BOKT 3 milyon manatlıq istiqraz buraxır
Maliyyə15:06
Foto
Həsən Həsənov: Albaniya Atropatenanın törəməsidir və bu fakt sovet dövründə təhrif olunub
Daxili siyasət15:00
Uçuşların idarə edilməsi sistemindəki yeni nasazlıq Britaniya aeroportlarının işini pozub
Digər ölkələr14:58
Foto
Azərbaycanın turizm imkanları Pakistanda təqdim olunub
Maliyyə14:57
Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib
Daxili siyasət14:53
CNN, MS NOW və "Politico" Tramp administrasiyasına qarşı iddia qaldırıb
Digər ölkələr14:52
"Barselona" Hans Diter-Flikin rəhbərliyi altında tarixinin ən yaxşı mövsüm startını gerçəkləşdirib
Futbol14:43
Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 14 %-dən çox artırıb
Maliyyə14:38