"Sədərək"də fəhlənin faciəvi şəkildə ölməsi ilə bağlı cinayət işi başlanılıb

Hadisə
  • 22 fevral, 2021
  • 11:46
Sədərəkdə fəhlənin faciəvi şəkildə ölməsi ilə bağlı cinayət işi başlanılıb

Fevralın 20-si saat 14 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində (TM) fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Sədərək TM-də ikimərtəbəli mağazanın ikinci mərtəbəsində qaynaq işləri aparan zaman 1964-cü il təvəllüdlü Qayim Burcəliyev üzərində dayandığı dəmir pilləkəndən aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.