Samuxda yol kənarında silah-sursat aşkarlanıb
Hadisə
- 06 dekabr, 2023
- 04:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndində yol kənarında silah-sursat olması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.
Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha aid 1 ədəd daraq, 9 ədəd 7.62 mm-lik patron və bir ədəd 16 kalibirli, qundağı və lüləsi kəsilmiş ov tüfəngi aşkarlanıb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
17:10
Azərbaycan oktyabrda "OPEC+" kvotasından gündəlik 104 min barel geri qalıb
Energetika
17:07
"Sabah"ın basketbolçusu Cerri Bleyks: "Trabzonspor"la matçda sabit çıxış etdiyimizi sübuta yetirdik"
Komanda
17:05
Araxamiya: İlin sonuna kimi Rusiya ilə münaqişənin həll yolunu tapmaq üçün yaxşı impuls var
Digər ölkələr
17:02
Foto
"Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb
Media
17:01
Qırmızı Bazarda mina hadisəsində xəsarət alan şəxsin son durumu açıqlanıb - Yenilənib
Hadisə
17:01
AZAL-ın builki sərnişin axınında artımın 90 %-i tranzit hesabına formalaşıb
İnfrastruktur
17:00
Bolqarıstanda fon der Lyayenin kortejinə yumurta atıblar
Digər ölkələr
16:55
İtaliyada 300-dən çox məktəb partlayış təhlükəsi barədə mesajlara görə təxliyə edilib
Digər ölkələr
16:49
Azərbaycanın basketbol millisi Avropa çempionatının seçmə mərhələsində İsveçrəyə məğlub olub
Komanda