Şamaxıda qətlə yetirilən qadının ögey oğlu tərəfindən öldürüldüyü məlum olub

Hadisə
  • 14 noyabr, 2017
  • 05:57
Şamaxıda qətlə yetirilən qadının ögey oğlu tərəfindən öldürüldüyü məlum olub

Bakı. 14 noyabr. REPORT.AZ/ Şamaxıda meyiti tapılan qadının ögey oğlu tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

"Report"un məlumatına görə, ötən gün Şamaxıda qətlə yetirilərək həyətdə üstü torpaqla basdırılıb gizlədilən, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızının ögey oğlu, 1958-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu tərəfindən qətlə yetirildiyi məlum olub.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda 120.1-ci (Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.