Salyanın ot sahəsində bədbəxt hadisə baş verib
Hadisə
- 23 may, 2016
- 18:23
Bakı. 23 may. REPORT.AZ/ Salyanda bədbəxt hadisə baş verib.
“Report" xəbər verir ki, rayonun Kərimbəyli kənd sakini, 47 yaşlı Aslan Allahverdi oğlu Əliyev yonca sahəsində ot bağlaması bağlayarkən ehtiyatsızlıq üzündən bağlamanın ipi ilə özünə xəsarət yetirib.
Nəticədə kənd sakininin sağ qulaq seyvanının 95 faizi üzülüb, sağ bazu oynaqları çıxıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada yaralının üzülmüş qulağı yerinə tikilib, həmçinin digər tibbi müdaxilələr edilib. Zərərçəkənin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
14:13
Latviya Belarusla sərhədin altında tunel aşkar edib
Digər ölkələr13:59
Xandanyan: KTMT-də iştirakımızı aktivləşdirməyə məcbur edə biləcək heç bir səbəb yoxdur
Region13:58
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 6 %-ə yaxın artıb
Biznes13:58
"Karvan-Yevlax" İbrahim Əliyevi heyətinə qatıb
Futbol13:55
Foto
İrandan Rusiyaya 25 kiloqramdan çox marixuana keçirilməsinin qarşısı alınıb
Biznes13:49
Xandanyan: TRIPP çərçivəsində gələcək qaz kəməri Ermənistan üçün yeni qaz mənbəyi ola bilər
Region13:44
UEFA Çempionlar Liqası: "Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb
Futbol13:31
Foto
KOBİA Kürdəmirdə sahibkarlarla biznesin inkişaf imkanlarını müzakirə edib
Biznes13:30